ABŞ alimləri zombi dəniz qurdlarının köpək balıqlarının dişləri sayəsində dərinlikdə sağ qaldığını aşkar ediblər.

Foodinfo.az xəbər verir ki, bu barədə “New Scientist” məlumat yayıb.
Zombi qurdları kimi də tanınan dərin dəniz heyvanları ilk dəfə 2002-ci ildə balina leşləri üzərində kəşf edilib. Bunlar qeyri-adi çəhrayı kiçik qurdlardır. Əvvəllər onların yalnız balina və balıq skeletləri ilə qidalandığı düşünülər qurdların köpək balıqlarının dişləri və çənələrində yaşadığı öyrənilib. 
Qeyd edək ki, zombi qurdlarının ağzı və həzm sistemi yoxdur. Onların içərisində yaşayan bakteriyalar qidaları udmağa və emal etməyə kömək edir. 
Leyla