"Meta" korporasiyasının rəhbəri Mark Zukerberqin yaratdığı "Threads" sosial şəbəkəsi yaxın vaxtlarda  tetbiqin veb-versiyasını istifadəyə verəcək. Bu versiya  "X" sosial şəbəkəsi (keçmiş "Twitter") ilə rəqabət aparacaq. 

Foodinfo.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Hazırda proqramın kompüter versiyası daxili sınaqdan keçirilir. Bundan sonra o, geniş istifadəçi dairəsi üçün əlçatan olacaq.

"Threads"in veb-versiyasının nə zaman işə düşəcəyi barədə konkret tarix açıqlanmır, lakin məlumatlara görə. bu həftənin əvvəlində əlçatan olacaq.

Fərid