Avropa İstehlakçı Təşkilatı Coca-Cola, Danone və Nestle şirkətlərinin tədarük etdikləri birdəfəlik plastik su qablarının “100% təkrar emal edilmiş və ya oluna bilən” iddiaları ilə bağlı Aİ Komissiyasına şikayət edib.

Foodinfo.az xəbər verir ki, iddiaçı tərəf şirkətlərin müştərilərə təqdim etdiyi  plastik su qablarının texniki cəhətdən tamamilə təkrar emal olunması mümkün olmadığını bildirir.

İddaçılar hesab edir ki, şirkətlər bir məhsulu olduğundan daha ekoloji cəhətdən təmiz və daha davamlı olaraq göstərirlər.

İddialara cavab olaraq Coca-Cola bunun sübut oluna biləcəyini, Nestle plastik qablaşdırma istifadəsini azaltdığını, Danone isə təkrar emal infrastrukturuna sərmayə qoymağa davam etdiyini açıqlayıb.

Fərid