ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) insan sağlamlığına zərərlə bağlı narahatlıqlara görə bromlaşdırılmış bitki yağının (BVO/E443) qidada istifadəsinə icazə verən tənzimləməni ləğv etməyi təklif edib.

Foodinfo.az xəbər verir ki, Agentlik eyni zamanda Kaliforniya ştatında yaxın zamanlarda qadağan edilmiş digər üç zəhərli, FDA tərəfindən tənzimlənən qida əlavələrini, xüsusən də red dye (qırmızı boya) 3 (E127), propylparaben (E216/E218) və potassium bromate-ı (E924) nəzərdən keçirmək niyyətini açıqlayıb.

Hazırda red dye 3 (E127)-ün nəzərdən keçirilməsi davam edir.