Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yazlıq bitkilərin kütləvi əkini yekunlaşmaq üzrədir. Torpaq mülkiyyətçiləri və fermerlər əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanvar-may aylarında 8707,2 hektar sahədə yazlıq əkinlər aparılıb. Yazlıq əkinlərin 2069 hektarını pambıq, 3665 hektarını tərəvəz, 101,2 hektarını şəkər çuğunduru, 340 hektarını kartof, 100 hektarını bostan bitkiləri, 60 hektarını qarğıdalı, 2 hektarını dən üçün günəbaxan, 2370 hektarını çoxillik otlar təşkil edir.
Hazırda yazlıq bitkilərin, o cümlədən pambığın becərilməsi işləri davam etdirilir, həmçinin ötən ilin payızında səpilmiş arpanın biçininə başlanılıb.