Konservasiya zamanı almanın bir çox faydalı xüsusiyyətləri itir, mürəbbə, cem və povidlo isə şəkərin çoxluğuna görə orqanizmə hətta zərər verə bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Andrey Bobrovski xəbərdarlıq edib.

Onun sözlərinə görə, əksər konservasiya üsullarında şəkərdən istifadə olunur, almanın da bütün faydaları şəkərin nəhəng miqdarı ilə öldürülür. 

"Şəkər boş yerə "ağ zəhər" adlandırılmır. Onu almaya əlavə etsəniz, zəhərli meyvə əldə edərsiniz. Mübaliğə edirəm, amma mahiyyət elə bundan ibarətdir", - deyə Borovski vurğulayıb.

Buna baxmayaraq, mürəbbədən tamamilə imtina etməyə ehtiyac yoxdur. Ekspertin sözlərinə görə, həftədə bir dəfə yemək olar, lakin konservləşdirilmiş meyvələr əvəzinə təzə meyvə almaq daha yaxşıdır.

Fərid