"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi ilə qida məhsullarının halal olub-olmadığı ilə bağlı müəyyən danışıqlar aparırıb. Yaxın günlərdə biz bu barədə müəyyənlər addımlar atacağıq".
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Q.Təhməzli xüsusi vurğulayıb AQTA dövlət qurumu olduğu üçün hansısa qida məhsulunun halal olub olamdığı ilə bağlı rəy verə bilməz. Halallıq məsələsi dini ayin olduğu üçün bunu bu sahə ilə məşğul olan müvafiq qurumlar verə bilər. Yəni Azərbaycanda dini qurum olan QMİ qida məhsullarına "Halal"lıq verdikdən sonra AQTA həmin məhsula müəyyən sertifikat verəcək. QMİ-nin apardığı araşdırmaya AQTA müdaxilə edə bilməz.
Kərim