Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Moldovanın Kişnyov şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) ekspert qrupunun iclasnda iştirak edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının dəstəyi ilə baş tutan tədbirdə ümumilikdə 27 ölkədən 45 nümayəndə iştirak edib.
Foodinfo.az xəbər verir ki, tədbirdə iştirakçı ölkələrin hər biri üzrə milli bitki mühafizəsi təşkilatlarının vəzifə öhdəlikləri və səlahiyyətləri, fitosanitar vəziyyəti, beynəlxalq daşımalar zamanı fitosanitar tələblərə əməl olunması, fitosanitar tədbirlər üzrə 5, 8, 15, 38, 42 nömrəli beynəlxalq standartların müasir tələblərə uyğunlaşdırılması, yeni standartların və metodikaların hazırlanması məsələləri müzakirə olunub.
İclasın sonunda növbəti regional tədbirin 2020-ci ilin 1-5 sentyabr tarixlərində Bakıda keçirilməsi qərara alınıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı