Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, su çərçivədə AQTA-nın Bərdə regional bölməsinin müfəttişləri tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə Bərdə, Tərtər, Ağdam rayonlarına aid 36 ha park və yaşıllıq ərazisində monitorinqlər həyata keçirilib.
Monitorinqlər nəticəsində 3 ha sahədə karantin tətbiq edilən zərərvericilər olan Yaponiya yalançı qalxanlı mumlu yastıcası və komstok yastıcası ilə zəif sirayətlənmə aşkarlanıb. Karantin obyektləri ilə sirayətlənmə zəif olduğu üçün kimyəvi mübarizənin aparılması məqsədəuyğun hesab edilməyib, digər zəruri tədbirlər həyata keçirilib.