Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) V Plenum iclası keçirilib.
Bu barədə Foodinfo.az-AQTA-dan məlumat verilib.
Onlayn təşkil olunan iclasda komitənin üzvləri, ilk həmkarlar təşkilatlarının sədrləri və digər nümayəndələr iştirak edib.
Plenum iclasda Agentliyin BHİK-nın sədri Tural Əlizadə 2023-cü il ərzində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib. Həmçinin komitənin üzvləri ilə təşkilati məsələlər müzakirə olunub. Eləcə də komitə üzvlərinin və Rəyasət Heyətinin tərkibinə yenidən baxılıb.
İclasın sonunda təşkilati və gündəlikdə duran digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.