Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 26 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 61 ictimai iaşə obyekti, 171 ərzaq satışı mağazası olmaqla ümumilikdə 232 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 88-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə
Kərimov Elməddin Hüseynağa oğluna, Əmirov Elçin Əsəd oğluna, Babayev İlham Hüseyn oğluna məxsus ərzaq mağazaları, “Ruzi” market, Qasımov Dilqəm Əli oğluna, Məmmədov Vüqar Cahangir oğluna məxsus ərzaq mağazaları, “Bizim”, “Fidan”, “Super” və “Bizim ailə” marketlər, Həsənov Tofiq Cümşüd oğluna məxsus market, Əlləzov Vilayət Abbasəli oğluna məxsus ərzaq mağazası, Əsgərov Faiq Allahverdi oğluna, İsmayılov İlqar Ələmdar oğluna məxsus ərzaq mağazaları, “Eston” market, Əliyeva Gülnarə Polad qızına məxsus ərzaq mağazası
Bərdə rayonunda Zeynalov Rafiq Yaqub oğluna məxsus kafe və Həsənov Rizvan Əsgər oğluna məxsus ərzaq mağazası
Göygöl rayonu, Aşıqlı kəndində Mustafayev Anar Xəqani oğluna məxsus “Anar”, Toğanalı kəndində Quliyev Vüsal Mətləb oğluna məxsus “Gözəl Məkan” kafeləri, Aslanov Rafiq Qədir oğluna məxsus “Əkizlər” market
Şabran rayonunda Gülməmmədov Samit Vahid oğluna, Hətəmov Eldar Gülbala oğluna, Mirzəyev Şıxbala Əşrəf oğluna məxsus kafelər, Cavadov Ramiz Abbasxan oğluna məxsus “Buta” kafesi, Mirzəyev Təbriz Xanlar oğluna məxsus ərzaq mağazası, Məmmədov Mənsur Sabir oğluna, Qəniyev Məhəmməd Ekram oğluna, Cəfərov Yusif Yunus oğluna, Bağırov Taleh Arif oğluna, Quliyev Qəzənfər Həsənağa oğluna məxsus ət satışı mağazaları
Sabirabad rayonunda Bağırov Rafiq Asif oğluna məxsus “Çıraq” market, Mənsimov Məmməd Adil oğluna məxsus “Əmin” market və Bağırov Məmmədbağır Rafiq oğluna məxsus ərzaq mağazası
İsmayıllı rayonunda Adıgözəlov Azad Ramazan oğluna məxsus “Final” market, İsmayılov Vüsal Nüsrət oğluna məxsus “Bərəkət” market
Göyçay rayonunda Dəmirov Qılman Hacı oğluna məxsus “Ekonom” market, Bəşirov Aydın Abdulla oğluna məxsus “Bolluq” market və Dəmirov Ramin Hacıbaba oğluna məxsus “Mırtı” market
Qazax rayonunda “Emil”, “Görüş”, “Elpər”, “Aysel”, “Real”, “Laquna” və “Qərb qapısı” kafeləri, “Buta” və “Elpər”, “Göyçə” ərzaq mağazaları
Gədəbəy rayonunda “Səma” və “Super” ərzaq mağazaları
Ağstafa rayonunda “Ağstafa” ərzaq mağazası və “Qəlyanaltı” restoranı
Şəmkir rayonunda “İsə” ərzaq mağazası, “Sirac” dönərxana
Tovuz rayonunda “Sərin” kafesi, “Sizin” ərzaq mağazası
İmişli rayonunda “Bazarstore”, “Razi”, “Məhəmməd”, “Ekonom”, “Araz supermarket” ərzaq mağazaları, “İldırım”, “Yeni evlənənlər”, “Komfort”, “Park”, “Meh” kafeləri
Beyləqan rayonunda “Samuray”, “Oba”, “Mandalin”, “Davud” və “Hüseyn” ərzaq mağazaları, “Çənlibel”, “Xanbağı”, “Göbələk” və “Fermer” kafeləri
Masallı rayonunda İsayeva Umi Allahverdi qızına, Pirizadə Əflatun Piri oğluna, Məcidova Şəlalə Həsənbala qızına, İbadov Zabil Arif oğluna, Nəzərov Xaliq Cəlil oğluna, Məmmədova Balacaxanım Söhbət qızına, Abdinov Eyvaz Adil oğluna, Nəsirov Ceyhun Şakir oğluna, Abdullayev Emil Elman oğluna, Sadıqov Rza Cəbrayıl oğluna məxsus ərzaq mağazaları və “Oba” market
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.