Mayın 6-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Beynəlxalq Maliyyə Korparasiyasının nümayəndələri ilə görüşüb. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanacaq Əməkdaşlıq Sazişi müzakirə edilib. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda hazırki və gələcək proqramı ilə bağlı fikir mübadiləsi aparılıb.
Qida təhlükəsizliyi sahəsində risk əsaslı yoxlamalar sisteminin qurulması istiqamətində əməkdaşlıq və növbəti addımlar görüşün əsas müzakirə mövzularından biri olub. Görüşdə həmçinin Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Maliyyə Korparasiyasının əməkdaşlıq perspektivləri müzakirə edilib.