Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə monitorinqləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Şəki regional bölməsinin inzibati ərazi vahidlərində yerləşən meyvə bağlarında yetişmiş məhsullarda keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər keçirilib. Monitorinqlər zamanı “Pestisidlərdən istifadə zamanı təhlükəsizlik və şəxsi gigiyena qaydalarına dair” təlimatın müddəaları, pestisidlərin tətbiqi reqlamenti, zəhərlənmə hallarında ilk yardım haqqında məlumatlar təsərrüfat sahiblərinin diqqətinə çatdırılıb. Eyni zamanda texniki təhlükəsizlik və tətbiq olunma təlimatına düzgün riayət edilmədikdə istifadə olunan pestisidlərin ətraf mühit və insan sağlamlığına mənfi təsiri barədə geniş məlumat verilib.
Monitorinqdə təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb.