Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında növbəti onlayn görüş olub.

Foodinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycanda bitkiçilik sahəsində fəaliyyət göstərən sağlam təsərrüfatlardan Rusiyaya ixrac ediləcək məhsullara bu ölkədə tətbiq olunacaq sadələşdirilmiş idxal proseduru və tez xarab olan bitkiçilik məhsullarının siyahısı ilə onların sadələşdirilmiş ixrac-idxal məsələləri müzakirə edilib. Həmçinin respublikamızdan Rusiyaya ixrac olunan bitkiçilik məhsullarında aşkarlanmış uyğunsuzluqlara görə notifikasiyaların təqdim edilməsi prosedurunun təkmilləşdirilməsi, eləcə də Rusiyadan ölkəmizə gətirilən toxumluq kartofla taxta materiallarının fitosanitar vəziyyəti və nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.