Yanvarın 27-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida Bələdçisi” verilişinin ilk buraxılışı yayımlanıb.
İlk buraxılışda Agentliyin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü işlər, bu istiqamətdə heyvan kəsimi məntəqələrində aparılan reydlər, sahibkarların qida təhlükəsizliyi qeydiyyatından keçməsinin əhəmiyyəti barədə süjetlər təqdim edilib. Eyni zamanda, verilişdə “AQTA maarifləndirir” rubrikasında maarifləndirici mövzular işıqlandırılıb. Belə ki, “Qida etiketlərində nələrə diqqət edək?”, “Enerji içkilərinin insan orqanizminə fəsadları” mövzusunda maarifləndirici mövzular müzakirə edilib. Məqsəd əhalini qida təhlükəsizliyi sahəsində görülən işlər barədə məlumatlandırmaq, eləcə də sağlam qida ilə bağlı maarifləndirməkdir.
Qeyd edək ki, “Qida Bələdçisi” hər həftənin bazar günü saat 19:30-da ARB24 telekanalında yayımlanacaq.