"Araz" supermarketlər şəbəkəsinin Binə qəsəbəsində yerləşən mağazalarının birindən alınan yerli istehsal şokoladdan qurd çıxıb.
Bunu müştəri Elvin Mərdanov öz sosial şəbəkəsində paylaşdığı videosunda bildirib.
Hadisəyə münasibət bildirən "Araz" "Araz" supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev bildirdi ki, məlumat daxil oan kimi dərhal araşdırma aparıblar.
"Məlumat bizə daxil olan kimi mağazada eyni adda şokoladlar yoxlanılmış lakin qeyd olunan hal aşkarlanmamışdır. Videoda göründüyü kimi məhsul 28.03.2018-ci il tarixində paketlənib. Biz istehsalçı şirkətə də bu barədə məlumat verdik. Marketlərimizdə məhsul satışa çıxarılmazdan öncə istehsalçılardan müvafiq uyğunluq sertifikatlarını tələb edirik. Məhsulun son istifadə tarixi bitmədiyinə görə bu istehsal problemi ola bilər. Qeyd edim ki, tərkibində dənli bitkilər və quru meyvələr olan şokoladlara qurd düşməsi hallarına bəzən təsadüf olunur. Biz Araz Supermarketlər Şəbəkəsi olaraq bu cür halların yaşanmaması üçün şokoladların saxlanma şəraitinə diqqət edir, vitrinləri hər həftə dizinfeksiya edirik. Hər-hansı bir neqativ hal yaşandıqda müştərilərimizin dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq məlumat verməsini xahiş edirik".
Qeyd edək ki, narazı müştəri daha sonra ikinci video paylaşaraq, onunla əlaqə saxlanıldığı və problemin həll olunduğunu bildirib. ("Qaynarinfo")