Bu ilin əvvəlindən indiyədək Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Oryol və Kursk vilayətlərindəki idarəsinin nəzarəti altında, dövlət baytarlıq nəzarətinin nəzarəti altında ümumi çəkisi 284 min tondan çox olanyük xaricə ixrac edilib.
Foodinfo.az-ın xəbərinə görə, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac göndərişləri 2,5 dəfə artıb.
Ət məhsullarının ixracı 1,5 dəfə artıb. O cümlədən, Kursk istehsalçıları Honq-Konq, Qana, Vyetnam, Serbiya, Polşa, Çin, Liberiya, Monqolustan, Azərbaycan, Tacikistan və Türkmənistana 38,9 min tondan çox ət məhsulları göndəriblər.
Kursk vilayətinin ərazisindən 21,8 min tondan çox heyvan mənşəli xammal Aİ ölkələrinə, Kambocaya, Çinə, Mərakeşə və Serbiyaya göndərilib. Kursk istehsalçılarından Azərbaycana və Tacikistana 730 ton süd məhsulları ixrac edilib.
Azərbaycan və Mərakeşə 39,2 min doza baytarlıq preparatı ixrac edilib.