Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili ilə görüşüb.
Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında qida, veterinar və fitosanitar nəzarət və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Q.Təhməzli rəhbərlik etdiyi qurumun Gürcüstanın Milli Qida Agentliyi ilə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Görüşdə Gürücüstanın Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili və müvafiq qurumların nümayəndələri də iştirak ediblər.
Gürcüstana səfər çərçivəsində AQTA nümayəndə heyəti ölkənin Milli Qida Agentliyinin xüsusi avadanlıq və texnikası ilə tanış olub, həmçinin heyvanların sağlamlığı və bitki mühafizəsinə dövlət nəzarəti sistemi barədə ətraflı məlumat alıblar.
Əməkdaşlığın dərinləşdirilməsi məqsədilə hər iki ölkənin qida agentlikləri arasında anlaşma memorandumunun imzalanması planlaşdırılıb.
AQTA nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan laboratoriyaralaravə gömrük məntəqələrinə də baş çəkəcək. (Report)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı