Daxil olan müraciət əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 32 ünvanında fəaliyyət göstərən “Number One” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama keçirib.
Foodinfo.az xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsində Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı olmayan, həmçinin istehsal tarixləri qeyd edilməyən müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilər aşkarlanıb. Müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.