Bakıdakı yerləşən şirniyyat mağazalarının birində antisanitar şərait hökm sürür. Foodinfo.az xəbər verir ki, bunu əks etdirən görüntüləri prodüser-aparıcı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşıb. Görüntülərdə siçovulun şirniyyatlarla dolu piştaxtanın üstündə gəzdiyi görünür. İzləyicilər şirniyyat mağazasının adının “Balaca” olduğunu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşdiyini bildiriblər. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinədən (AQTA) bildirildi ki, qeyd olunan məsələ AQTA tərəfindən nəzarətə götürülüb: “Məlumat sosial şəbəkədə yayıldığı üçün hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”. https://www.youtube.com/shorts/o8Y4WSfLLkw?feature=share