Heç kimə sirr deyil ki, meyvələrin becərilməsi zamanı pestisidlərdən istifadə olunur, ola bilər ki, bananın qabığında insan orqanizmi üçün təhlükəli kimyəvi maddələrin izləri qalsın. Buna görə də həkimlər ya bananı qabığı ilə yumağı, ya da qabığını soyandan sonra əvvəlcə əlləri yumağı məsləhət görürlər.
Foodinfo.az-ın məlumatına görə, ilkin tədqiqatlar sübut edib ki, banan qabıqlarında arzuolunmaz və potensial zəhərli maddələr yığılır. Tədqiqatlar zamanı banan qabıqlarında bu pestisidlərin qalıqları dəfələrlə aşkar edilib.
Lakin alimlər meyvənin qabığında təkcə pestisidlər tapmayıblar. Mütəxəssislərin sözlərinə görə, banan yığıldıqdan sonra meyvələrin daşınması zamanı vaxtından əvvəl çürüməsinin qarşısını alan kimyəvi maddələrlə istifadə olunur. Belə kimyəvi maddələrdən biri funqisidlərdir.
Əllərinizi təkcə banandan sonra deyil, digər meyvələrdən də yumağı məsləhət görülür ki, kimyəvi maddələrin dərinizə düşməməsin.

Fərid