Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur. Bunu Milli Məclisin deputatı Fərəc Quliyev deyib. F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”. (Fins.az)