Həssas ölkələr üçün ərzaq idxalı həcmi azala bilər. Foodinfo.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni hesabatında məlumat verilir. Bildirilir ki, əsas ərzaq məhsulları üzrə istehsal perspektivləri əlverişlidir. Lakin ekstremal hadisələr, artan geosiyasi gərginlik və siyasi dəyişikliklər qlobal ərzaq istehsalı sistemləri üçün risklər yaradır. Bu isə öz növbəsində tələb-təklif balansını poza bilər.
Məsələn qlobal qarğıdalı istehsalının Braziliya və ABŞ-da artan əkinlər nəticəsində əhəmiyyətli artımı proqnozlaşdırıldığı halda, taxıl və düyü ticarətinin həcminin azalacağı gözlənilir.
Nurlan