Avropa Qida Standartları Agentliyi (FSA) tərəfindən Polşadan gələn quş əti və yumurtalarında salmonella xəstəliyi haqqında məlumat dərc edib. Foodinfo.az xəbər verir ki, bu il Böyük Britaniyada salmonella ilə əlaqəli 200 hadisə baş verib.
FSA son iki ildə 90-dan çox hadisəni araşdırıb, bu yumurta və quş əti ilə əlaqəli olub.
FSA, Şotlandiya Qida Standartları (FSS) və Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) bu yaxınlarda istehlakçılara evdə toyuq, hinduşka və ördək məhsullarını bişirərkən diqqətli olmaları barədə xəbərdarlıq edib.
FSA-nın baş icraçı direktoru Emily Miles və baş baytarlıq mütəxəssisi Christine Middlemiss Polşadan idxal olunan quş əti və yumurta ilə bağlı Avropa Komissiyasına və Polşadakı baş baytarlıq mütəxəssisinə məktub ünvanlayıb.
Britaniya Quşçuluq Şurası (BPC) səlahiyyətlilərin Polşadan gələn hər bir yükü yoxladığını və tələblərə cavab verməyənləri geriyə qaytardığını bəyan edib.
Leyla