İdmançılar arasında populyar olan zülal pəhrizi çox miqdarda protein istehlak etməyi nəzərdə tutur, lakin bu, orqanizm üçün zərərli ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə siz deyil, həkim-terapevt, diyetoloq İrina Nikulina Gazeta.Ru-ya müsahibəsində danışıb.
O, təsirsizliyi müəyyən edilən, köhnəlmiş pəhrizləri sadalayarkən qeyd edib ki, bəzi yüksək zülallı pəhrizlər karbohidratların istehlakında güclü məhdudiyyəti nəzərdə tutur, bunun nəticəsində isə bədən qida və lif çatışmazlığı ilə üzləşə bilər.
Mütəxəssis aztəsirli və təhlükəli pəhrizlər arasında karbohidratların xaric edilməsini nəzərdə tutan Atkins pəhrizini və aclıq hissini boğmaq üçün yuxuya getməyi təklif edən “Yatmış gözəl” pəhrizini də vurğulayıb. Məsələ burasındadır ki, bu pəhrizə əməl edənlər tez-tez sakitləşdirici və yuxu gətirən dərmanlardan istifadə edirlər ki, bu da sağlamlıq üçün təhlükəlidir.