Azərbaycanda gündəlik tələbat mallarının və sənaye məhsullarının əldə olunması (satışı) ilə bağlı xüsusi qaydaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib.
Foodinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.4 maddəsinin əlavə edilməsi təklif olunub.
Layihəyə görə, gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 60 manatadək məbləğdə cərimə olunur. Vəzifəli şəxslər isə 200 manatdan 300 manata qədər cərimə, hüquqi şəxslər isə 1500 manatdan 2500 manata qədər cərimə olunur.
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb