Şirniyyat sevənlərin şəkər xəstəliyinə tutulduğuna dair fikirlər geniş yayılsa da, diabetdən əziyyət çəkənlərin çoxu, demək olar ki, şirin qidalar yemir. 

Foodinfo.az xəbər verir ki, bu barədə kardioloq Anna Koreneviç özünün "Telegram" kanalında məlumat verib. 

Həkimin sözlərinə görə, xəstəliyin səbəbi başqadır: bu xəstələrin rasionunda rafinə olunmuş karbohidratlar kifayət qədər çoxdur.

Şəkərli diabet hallarının 70%-inə balanssız qidalanma səbəb olur. 

İstifadəsi şəkərin artması ilə nəticələnən məhsullar arasında həkim ağ düyü, buğda və un məmulatları, kolbasa, yarımfabrikatlar və konservlərin adını çəkib. 

O, həmçinin, qeyd edib ki, bəzi məlumatlara görə, pəhrizdə tam taxıl məhsulları, tərəvəz, qoz-fındıq, meyvələrin olmaması diabetə səbəb ola bilər. 

Beləliklə, birinci siyahıdakı məhsullar mümkün qədər az, ikincidəkilər isə daha çox yeyilməlidir.

Koreneviç vurğulayıb ki, qanda qlükoza səviyyəsinin müntəzəm artması təhlükəli bir prosesə səbəb olur: qlükoza hormonların və fermentlərin istehsalında birbaşa iştirak edən, qan damarlarının, epitelin və hüceyrə membranlarının divarlarının əsasını təşkil edən zülallarla reaksiya verir. Nəticədə zülal oksidləşir, toxuma və orqanların məhvinə səbəb olur.

Leyla