"2018-ci ildə yaradılmış Qida Təhlükəsizliyi Agentliyində 800 ştat vahidi var. 11 regional bölməmiz fəaliyyət göstərir". Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli illik hesabat konfransında məlumat verib. "Eyni zamanda Qida Təhlükəsizliyi İnstitutunun tərkibində 21 mərkəz və sınaq labarotiyaları fəaliyyətə başlayıb. AQTA-nın qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin, baytarlıq və fitosanitar nəzarətin, idxal və ixrac məhsullarına nəzarətin, qida zəhərlənmələrinin araşdırılması, istehlakçıların hüquqlarının qorunması və s. bir çox sahədə fəaliyyət genişliyi var. Qida sahəsi çox mürəkkəb və spesifik sahədir. Təəssüf ki, bu sahədə ixtisaslaşmış kadrların sayı çox deyil. Odur ki, bu gənc kadrların təlim-tədris işləri ilə məşğul olmuşuq və mürəkkəb ekspertizalar həyata keçirə bilən mütəxəssislər yetişdirmişik.", - deyə sədr qeyd edib.