Çatdırılma zamanı qida məhsullarına hər hansı kənar müdaxilənin qarşısının alınması qablaşdırmanın dizaynı və müdaxiləni aşkar etməyə imkan verən vasitələrlə həyata keçirilir.
Xarici ölkələrin təcrübəsinə əsasən, sifarişi alan qida müəssisələri daşınma və çatdırılma xidməti vasitəsilə istehlakçılara çatdırılan qidaları istənilən açılma cəhdini üzə çıxarmağa imkan verən formada qablaşdırmalıdır.
Qida müəssisələri çatdırılma zamanı qidaya müdaxilənin qarşısını almaq, eləcə də qida təhlükəsizliyini və məhsulun bütövlüyünü qorumaq üçün yırtılmış zolaqlar kimi ilkin qablaşdırmadan və müdaxiləni aşkarlamağa imkan verən stikerlərdən yararlanmaqla, paket və ya qutu kimi ikinci dərəcəli qablaşdırmadan istifadə edə bilər.
Çatdırılmanı həyata keçirən şəxslər istehlakçılara çatdırılana qədər qida məhsullarını ikinci və ya üçüncü qablaşdırmadan çıxarmamalıdırlar.