Endokrinoloq və dietoloq Oksana Mixaleva çay paketlərinin potensial zərərləri barədə xəbərdarlıq edib. Foodinfo.az bildirir ki, mütəxəssis belə məhsulların tərkibindəki süni ləzzətlər, rəngləndiricilər və əlavələrin allergiyaya meylli insanlara mənfi təsir göstərə biləcəyini deyib.

"Gazeta.Ru" ilə söhbətində Mixaleva qeyd edib ki, çay paketlərində adətən aşağı keyfiyyətli çay gizlədilir və bu, əlavə boya maddələri ilə ört-basdır olunur. Onun sözlərinə görə, bu boyalar mədə-bağırsaq sistemində qıcıqlanma yarada və allergik reaksiyalara səbəb ola bilər.

Ekspert həmçinin vurğulayıb ki, çay paketlərindəki tərkib maddələri həssas orqanizmlər üçün xüsusilə risklidir və uzunmüddətli istifadədə bədənin ümumi sağlamlığına zərər verə bilər.

Dietoloq daha keyfiyyətli və təbii üsullarla dəmlənmiş çaylara üstünlük verilməsini tövsiyə edir.