Fransada çiy süddən hazırlanan pendir xəstəliyə səbəb olub. Foodinfo.az xəbər verir ki, həmin pendirin tərkibində böyrək çatışmazlığına səbəb olan E.coli infeksiyaları aşkarlanıb.
Hadisə uşaq bağçalarının birində qeydə alınıb və 6 uşaq xastələnib. "Route des Terroirs" şirkəti tərəfindən istehsal olunan çiy südlü pendirlər geri çağırılıb.
Fransa Qida Ümumi Müdirliyi (DGAL) və Səhiyyə Baş Müdirliyi (DGS) ümumi araşdırmaya başlayıb.
Fərid