Xorvatiya hökuməti kütləvi zəhərlənmə halları ilə Coca-Cola içkisinin əlaqəsini araşdırır. Foodinfo.az xəbər verir ki, bu barədə News Desk saytı məlumat yayıb.

Şübhəli zəhərlənmə hallarını araşdıran səlahiyyətli orqanlar Coca-Cola-ya iki məhsulunu bazardan yığışdırmaq barəsində göstəriş verib. Bunlar plastik şüşədəki 0,5 litrlik “Coca-Cola Original” və 0,33 litrlik “Romerquelle Emotion Blueberry”  içkisidir.

Qeyd edək ki, yaranan şübhə məhsulun kimyəvi tərkibi ilə əlaqələndirilir.

Xatırladaq ki, son günlər Xorvatiyadakı xəstəxanalara 45 nəfər zəhərlənmə ilə mürəciət edib. Onların arasında vəziyyəti ağır olanlar da var.

Fərid