Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən builki COP28 sammitində əvvəlki illərlə müqayisədə daha çox qidaya diqqət yetirilib.

Foodinfo.az xəbər verir ki, noyabrın 30-dan dekabrın 12-dək keçirilən sammit iqlim böhranı ilə mübarizədə dövlət başçılarını və bu sahədə mühüm şəxsləri bir araya gətirir. Ötən sammitdə ilk dəfə olaraq qida məsələsi üçün bir bölmə ayrılmışdı. Bu il sammitdə daha çox qidaya və onun iqlimə necə təsir etdiyinə diqqət yetiriləcək.

Tədbirdəki əksər sessiyalar qida sistemlərinin dəyişdirilməsi kimi makro mövzulara, dayanıqlılığa uyğunlaşmaq üçün məktəb yeməklərinin dəyişdirilməsi kimi mikro qida mövzularına yönəldilir.

COP28 qida sənayesi ilə qaçılmaz olaraq bağlı olan problemin qida və içki əsaslı həlləri üçün yüksək profilli platforma təqdim edir.

COP28-in bu ilki menyusunda Neat Burger və bitki əsaslı suşi markası Roots and Rolls kimi şirkətlərin bir sıra bitki əsaslı seçimləri təqdim olunacaq. Tədbirdə “1,5 dərəcə hədəfinə uyğun” kimi təsvir edilən builki menyunun üçdə ikisi vegetarian və vegandır. Bu göstərici əvvəlki illərlə müqayisədə kifayət qədər yüksəkdir.

Fərid