Dilimlənmiş çörək almaq, şübhəsiz ki, çox rahatdır - onu paketdən çıxarıb yeyirsiniz.
Bununla belə, qidalanma mütəxəssisləri bütöv çörəyə üstünlük verməyi məsləhət görürlər.
Foodinfo.az xəbər verir ki, dilimlənmiş çörək bütövlükdən daha sürətli xarab olur.
Mütəxəssislər yalnız bütöv çörəyi almağı və plastik torbada deyil, çörək qutusunda saxlamağı tövsiyə edir.
Çörək saxlamaq üçün ən yaxşı yer ağacdan, hörmədən və ya gildən hazırlanmış çörək qutusudur.
Çörəyi çörək qutusuna qoymazdan əvvəl onu sirkə ilə silin və yaxşıca qurudun.
Leyla