Dünyanın bir çox ölkəsində xəmir və içlikdən yeməklər var: ravioli, mantı, xingal, gürzə, varenik, pelmeni və əlbəttə düşbərə. Lakin ən dadlı və qidalı düşbərə də problemlərə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, xəmir və ətdən ibarət yeməklərin zərərləri barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi, cərrah Aleksandr Umnov danışıb.
1. Düşbərə və pelmeni çox yüksək kalorili yeməklərdir. Həkimin sözlərinə görə, məhsulun 100 qramında təxminən 300 kkal var. Ona görə də, gündə üç dəfə, həftənin yeddi günü, uyğun fiziki aktivlik olmadan düşbərə yemək bədəndə yağların yığılmasına səbəb olur.
2. Buğda qlüteni. Qlüten çölyak xəstəliyi olan, yəni taxılları həzm edə bilməyənlər üçün uyğun deyil.
3. Duz. Duz bədəndə qalaraq qan təzyiqini artıra bilər. Həmçinin, bu ədviyyat sayəsində bədəndə maye saxlanılır ki, bu da çəkinin artmasına səbəb olur.
4. Soya. Xərcləri azaltmaq üçün bəzi istehsalçılar qiymə ətə soya əlavə edirlər. Soya insan orqanizmində estrogen istehsalını stimullaşdıran izoflavonlar ehtiva edir. Nəticədə hormonal balans dəyişir, bu da maddələr mübadiləsinin pozulmasına, ürək-damar xəstəliklərinin inkişafına, orqanizmin cinsi funksiyasının pisləşməsinə səbəb olur.
5. Xolesterin. Ətdə xolesterin var, onun artıq qəbulu ürək-damar patologiyasına səbəb ola biləcək xolesterin lövhələrinin əmələ gəlməsi ilə nəticələnir.
Nurlan