Hazırda Ekvadordakı hazırkı iğtişaşların banan idxalına necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Foodinfo.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində “Rusprodsoyuz”un sədr müavini Dmitri Leonov deyib.

Onun sözlərinə görə, 2023-cü ilin 11 ayı ərzində Rusiyaya 1,3 milyon tondan çox Ekvador bananı idxal edilib. Dmitri Leonov vurğulayıb ki, Ekvadordakı siyasi böhranın tədarüklərə təsiri ilə bağlı proqnozlar vermək tezdir. Dekabrda Rusiya Federasiyasında bananın topdansatış qiymətləri 4,3%, pərakəndə satış qiymətləri isə 1,3% artıb.

Qeyd edək ki, Ekvadorda həbsxanada kütləvi iğtişaşlar və məhbusların qaçmasından sonra prezident fövqəladə vəziyyət elan edib. Bu, bütün ölkədə etiraz dalğasına səbəb olub.

Fərid