"Qeydiyyat işində tələb olunan sənədlər kifayər qədər sadələşdirilib. Bununla yanaşı qeydiyyatla bağlı sənədlərın sayı azaldılıb. Sadəcə sahibkarların əllərində olanda sənədlərlə müraciət edib qeydiyyata düşə bilərlər. Bu sənədlər vergi qeydiyyat şəhadətnaməsi, ərizə ilə bağlı müraciət və s. olan sənədlərdir".
Foodinfo.az-ın xəbərinə görə, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov bildirib.
Onun sözlərinə görə, tətbiq edilən yeni qaydaları sahibkarların üçün çox münasib və rahatdır. Ümumiyyətlə isə AQTA qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərir, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verir Hazırda bu istiqamətdə sahibkarlarla maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Kərim