Sağlam yaşam üçün orqanizmin ehtiyac duyduğu bəzi qidalar var ki, onları mümkün qədər qida rasionumuzdan əskik etməməliyik. Ən faydalı 29 qidanı təqdim edirik. 1. Moruq - Ürəyin dostu, köklüyün düşmənidir. 2. Avakado - Ürəyin dostudur. 3. Badam: Xolestrolun düşmənidir, üzə faydalıdır. 4. Balqabaq: Hüceyrələri inkişaf etdirir. 5. Brokoli: Orqanizmi toksinlərdən təmizləyir, xərçənglə mübarizədə faydalıdır. 6. Buğda: E və B vitamini ilə zəngindir. 7. Qoz: Ürəyə faydalıdır. 8. Pomidor: Cildə faydalıdır. Orqanizmi xərçəngdən qoruyan fermentləri gücləndirir. 9. Qreypfurt: Xərçəngə qarşı qoruyucudur. Həzmi balanslaşdırır, cildi gözəlləşdirir. 10. Kokos: Dieta saxlayanların yardımçısıdır. Üstəlik, qəlbi qoruyur. 11. İspanaq: A vitamini, dəmir, sinklə zəngindir. 12. Kefir: İmmunitet sisteminin ən önəmli dostudur. 13. Kivi: Tərkibindəki antioksidantlar sayəsində yaşlanmanı gecikdirir. 14. Kələm: Xərçəng riskini azaldır, orqanizmdəki toksinləri təmizləyir. Sümük əriməsinə qarşı çox güclüdür. 15. Mandalin: Diabet və ürək xəstəliklərinə qarşı qoruyucu qalxan rolunu oynayır. 16. Göbələk: Çox güclü bir antioksidantdır. 17. Mərcimək: Ürək xəstəliklərinə qarşı qoruyur. Üstəlik, proteinlə də zəngindir. 18. Banan: Ürəyə faydalıdır, köklüyə qarşı da qoruyucudur. 19. Nar: C vitamini ilə ən zəngin meyvələrdən biridir. 20. Badımcan: Ürəyi gücləndirir. 21. Portağal: İmmun sistemini gücləndirir. 22. Sarımsaq: İmmuniteti gücləndirir, təzyiqi nizamlayır, ürəyi qoruyur. 23. Soğan: C vitamini ilə zəngindir. B6 və kalium qaynağıdır. 24. Şəkər çuğunduru: Təzyiqi və xolestrolu nizamlayır. 25. Darçın: Beyin hüceyrələrinə çox faydalıdır. 26. Toyuq əti: Protein və B vitamini deposu hesab edilir. 27. Yoqurt: İmmuniteti gücləndirir, yararlı bakteriyaların artmasına səbəb olur. 28. Yumurta: Sinir sisteminə faydalıdır. Hüceyrə quruluşunu düzənləyir. 29. Zeytun yağı: Ürəyin dostudur, infeksiyanın düşmənidir. (Yeniavaz.az)