Eurostat xəbər verir ki, Avropa İttifaqında zeytun yağının qiyməti il ərzində 50% artıb. Bu məhsulun qiymətləri 2023-cü ilin ikinci yarısında yüksəldi, avqustda 37% artdı və sentyabrda 44%-ə qədər sürətlənib.
“İnterfaks”ın məlumatına görə, noyabrda artım 51%-ə çatıb. Ən yüksək illik qiymət artımı Portuqaliyada qeydə alınıb - 69%.
Beynəlxalq Valyuta Fondunun kommunikasiyalar üzrə direktoru Julie Kozak daha əvvəl Avropa ölkələrində fermerlərin etirazlarının ərzaq məhsullarının qiymətlərinə ciddi təsir göstərə biləcəyi ilə bağlı fikirlərini bildirmişdi.
Leyla