Nar Festivalında Göyçay rayonunun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi təşkil olunub. 

Foodinfo.az xəbər verir ki, ölkənin hər yerindən minlərlə insanın iştirak etdiyi festivalda narla bağlı müxtəlif sərgilər, yarış və müsabiqələr təşkil olunub. İştirakçılara müxtəlif növdən olan dadlı narlar və onlardan hazırlanan çoxlu çeşiddə məhsullar təqdim olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən festival iştirakçılarına bitki sağlamlığı sahəsində maarifləndirici müxtəlif çap materialları, həmçinin təsərrüfatlarda sanitariya-gigiyena tələbləri və təhlükəsizlik qaydaları əks olunan maarifləndirici bukletlər, broşürlər paylanılıb.