Rusiya Mərkəzi Gömrük İdarəsi Rosselxoznadzorun Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi ilə birlikdə reyd keçirib.
Foodinfo.az xəbər verir ki, yoxlama nəticəsində Rusiya ərazisinə idxalı qadağan edilən məhsullar müəyyən edilərək dövriyyədən çıxarılıb. Belə ki, İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Hollandiya, Fransa və Böyük Britaniyada istehsal olunan 270 kq pendir və hazır ət məhsulları götürülüb.
Qeyd edək ki, mövcud qanunvericiliyinə uyğun olaraq, ələ keçirilən bütün məhsullar mexaniki şəkildə məhv edilir.