İlon Mask, Cennifer Eniston, Nikol Kidman və digər ulduzlar tərəfindən reklam edilən aralıqlı oruc qida davranışı pozğunluqları (QDP) olan insanlar üçün təhlükəlidir. Bu halda çəki korreksiyası məsələsi həkimlə müzakirə olunmalıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Yuliya Kathuriya danışıb.

Onun sözlərinə görə, vitaminlərin, mikroelementlərin çatışmazlığı, zülalın həzmi ilə bağlı problemlər və ya zülal çatışmazlığı varsa, aralıqlı oruc yaxşı fikir deyil. Belə hallarda çatışmazlığın səbəbini tapmaq, aradan qaldırmaq və yalnız bundan sonra pəhriz haqqında, o cümlədən aralıqlı oruc barədə düşünmək lazımdır.

Populyar pəhriz , həmçinin, 18 yaşdan kiçik olanlara, hamiləliyə hazırlıq dövrü və onun başlanmasından sonrakı müddətdə, şəkərli diabet, mədə-bağırsaq traktının və ya böyrəklərin xəstəlikləri və tireotoksikoz (tiroid hormonlarının həddindən artıq istehsalı) zamanı zərərlidir.