Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Baytarlıq preparatları üzrə normativ-texniki sənədlərin ekspertizası sektorunun aparıcı mütəxəssisi vəzifəsinə peşəkar kadrları işə dəvət edir.
Foodinfo.az AQTİ-yə istinadla xəbər verir ki, işə qəbul olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Baytarlıq, əczaçılıq və ya oxşar sahələr üzrə ali təhsilə malik olmalıdırlar;
- Baytarlıq, əczaçılıq, qeydiyyat və ya oxşar sahələr üzrə iş təcrübəsinə malik olmalıdırlar;
- Azərbaycan və ingilis dillərində sərbəst oxumağı, yazmağı və danışmağı bacarmalıdırlar. Bu dillərlə yanaşı, rus dili üzrə bilikləri olanlara üstünlük veriləcək;
- Kompüter bacarıqlarına (Word, Excell, PowerPoint) malik olmalıdırlar;
- İşdə intizamlı və məsuliyyətli olmalıdırlar;
- Xarici və daxili ezamiyyətlərdə iştirak edə bilməlidirlər;
- Görülən iş barədə günlük, aylıq, rüblük və illik hesabatların verilməsini bacarmalıdırlar.
Aparıcı mütəxəssis vəzifəsinə yiyələnəcək şəxsin görəcəyi işlər aşağıdakılardan ibarətdir:
- Baytarlıq preparatları üzrə normativ-texniki sənədlərin ekspertizasının həyata keçirilməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi.
Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Baytarlıq preparatları üzrə normativ-texniki sənədlərin ekspertizası sektorunun aparıcı-mütəxəssisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.