Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən İsmayıllı rayonu, N.Nərimanov küçəsi 45 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov İlqar Məzlum oğluna məxsus “Bolluq Story” marketdə plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, məhsulların yerləşdiyi rəflərin və soyducuların təmizliyinə nəzarət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
[gallery ids="53113,53114"]