İstidə ən təhlükəli yemək dönər və şaurmadır. 

Foodinfo.az xəbər verir ki, bu barədə infeksionist İvetta Qorşkova danışıb.

Onun sözlərinə görə, bu yemək ilin istənilən vaxtında təhlükəlidir, lakin məhz isti dövrdə risk xüsusilə böyükdür. Həkim hesab edir ki, dönər və şaurma yalnız etibarlı yerlərdən alınmalıdır. Əks halda, bir sıra səbəblərə görə zəhərlənə bilərsiniz.

"İsti hava, inqrediyentlərin düzgün saxlanmaması, artıq xarab olmuş, bakteriya ilə dolmuş məhsulun hazırlanması, bişirmə prosesində pozuntular, aşpazın yuyulmayan əlləri - bütün bunlar ağır zəhərlənməyə səbəb ola bilər", - deyə Qorşkova izah edib.

Həkim onu ​​da bildirib ki, yay aylarında tərkibində süd və ət olan məhsullardan zəhərlənmək mümkündür. Onları soyuducuda saxlamaq lazımdır, çünki zülal mühiti müxtəlif bakteriyalar üçün çox qidalandırıcıdır.

Natəvan