İsti havada soyuq içkilər bədənə zərər verə bilər. Onlar həddindən artıq tərləmə və susuzluğa səbəb olur.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mariya Volınkina xəbərdarlıq edib.
Onun sözlərinə görə, soyuq içkilər daxildə və xaricdəki temperatur fərqinə görə müxtəlif soyuqdəymələrə səbəb ola bilər. Soyuq su orqanizmə daxil olanda bədən onu isitməyə çalışır və istilik yaratmaq üçün əlavə enerji sərf edir. Soyuq su susuzluğu yatırmır, əksinə tərlədir və susuzluq yaradır.
İsti havada gün ərzində kiçik qurtumlarla otaq temperaturunda olan suyu içmək daha faydalıdır. Bundan əlavə, isti havalarda spirtli və limonad kimi şəkərli içkilərdən imtina etməlisiniz. Çay içmək daha yaxşıdır: cəmi bir stəkan çayqan damarlarının genişlənməsi səbəbindən bədəni həddindən artıq tərləmədən qoruyacaq. Nəticədə tər bədəndən daha tez buxarlanacaq və dərinin soyuma prosesi yaxşı gedəcək.
Nurlan