Ana təbiətin bir parçası olan bitkilər aləminin özünəməxsus həyat harmoniyası var. Bununla yanaşı, ilk cücərtilərdən tutmuş yetişkinlik dövrünə, bar vermə və digər bütün mərhələlərə qədər bitkilərin inkişafı təbiətin digər komponentlərindən birbaşa asılıdır desək, yanılmarıq. Xüsusilə qidalanma prosesində müxtəlif elementlərin iştirakının vacibliyini vurğulamaq yerinə düşər. Təbii şəkildə yetişməsindən yaxud kənd təsərrüfatlarında becərilməsindən asılı olmayaraq, bitkilərin sağlam və sürətli inkişafı üçün bəzi qida maddələrinin qəbulu mütləqdir. Sözügedən qida mənbələri arasında kaliumun özünəməxsus yeri var.

Kalium Nədir?

Kalium bitkilərin inkişafı üçün müxtəlif fizioloji proseslərdə həlledici rol oynayan olduqca vacib qida elementlərindən biridir. Bitkilərin sağlam formada yetişməsini, fotosintez prosesinin həyata keçməsini, meyvələrin ləzzətli olmasını, şaxtaya, soyuğa, xəstəliklərə və zərərvericilərə qarşı müqavimətinin artmasını təmin edir. Həmçinin, meyvələrdə şəkər-turşu nisbətini və rənginin, formasının standartlara uyğun olmasını tənzimləyir.

Kalium Gübrəsi Nədir?

Kaliumun bitkilər üçün yuxarıda sadalanılan, həmçinin, digər faydalı tərəflərini əsas götürərək, fermerlər kənd təsərrüfatlarında müvafiq tərkibli kalium gübrələrindən istifadəyə üstünlük verir. Beləliklə, torpaqda qida maddələrinin səviyyəsi tez-tez dəyişdikcə, kalium gübrələri məhsulun optimal inkişafı və məhsuldarlığının təmin edilməsi baxımdan tətbiq edilir. Kaliumlu gübrələr tərkibində bitkilər üçün həyati əhəmiyyət daşıyan kalium, azot və fosforla birlikdə birləşmələr şəklində müxtəlif növ bitki bəsləmə vasitəsi kimi geniş istifadə olunur.

Kalium Gübrə Növləri

Kalium gübrələri tərkibinə əsasən üç qrupa bölünür:

1. Kalium xlorid (Potassium Chloride (KCl))

Tərkibində kaliumun nisbətən daha çox yer aldığı Kalium Xlorid gübrəsi bitkilərdə məhsuldarlığın artmasına müsbət təsir göstərir. Xlora həssas olan bitkilər üçün tətbiqi tövsiyə edilmir.

2. Kalium sulfat (Potassium Sulfate (K2SO4))

Torpaqda kükürdün səviyyəsini artırmağa müsbət təsir göstərən Kalium Sulfat gübrəsinin xlora həssas bitkilər üçün tətbiqi məqsədəuyğundur.

Müxtəlif markalı kalium sulfat gübrələrini gubre.az-dan əldə edə bilərsiniz:

3. Kalium nitrat (Potassium Nitrate (KNO3))

Tərkibində kaliumu və azotu birləşdirən Kalium Nitrat Gübrəsi bitki orqanizmində qida maddələrinin udulmasını asanlaşdıran, həmçinin, məhsuldarlığı artıran çox yönlü gübrədir.

Müxtəlif markalı kalium nitrat gübrələrini gubre.az-dan əldə edə bilərsiniz:

Kalium Gübrələrinin Faydaları

1. Fotosintez prosesinə müsbət təsir göstərir

Kalium bitkilər üçün həyati əhəmiyyət daşıyan fotosintez prosesinin yerinə yetirilməsi üçün olduqca vacibdir. Fotosintez zamanı zəruri olan fermentləri aktivləşdirərək, enerji istehsalının təmin olunmasını stimullaşdırır.

2. Su qəbulu və quraqlığa dözümlülük

Kalium bitkilər tərəfindən suyun udulmasını tənzimləyərək, sudan qənaətlə istifadəni təmin edir. Həmçinin, onların quraqlıq şəraitinə qarşı müqavimətini artırır.

3. Qida maddələrinin nəqlini yaxşılaşdırır

Kalium bitki daxilində qida maddələrinin daşınmasını asanlaşdırır. O, digər vacib elementlərin səmərəli hərəkətini, balanslaşdırılmış böyümə və inkişafı təmin edir.

4. Xəstəliklərə qarşı müqaviməti artırır

Bitkilər ehtiyac olan kaliumla təmin olunduqda bitki daxilində müdafiə mexanizmləri avtomatik olaraq aktivləşir. Beləliklə, müxtəlif zərərvericilərə, xəstəliklərə qarşı davamlılıq qabiliyyəti güclənir.

5. Məhsuldarlığı və keyfiyyəti artırır

Bitkilərdə zülalların, karbohidratların və vitaminlərin sintezi üçün böyük rol oynayan kalium məhsulların keyfiyyətini və məhsuldarlığını yüksəldir.

Kalium Gübrələrinin Satışı

Kalium gübrələri məhsulun optimal böyüməsinə nail olmaq, məhsuldarlığı artırmaq və qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatlarında tətbiq olunan əvəzolunmaz bitki bəsləmə vasitələrindəndir. Ancaq unutmaq olmaz ki, fermerlərin kalium gübrələrini tətbiq etməzdən öncə torpaq analizini həyata keçirməsi, həmçinin, mütəxəssis dəstəyindən yararlanması vacibdir. Ölkəmizdə kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimiz üçün ödənişsiz aqronom xidmətini təklif edir. Fermerlərimiz 828 qısa nömrəsi və ya sosial media hesabları (Instagram, Facebook, LinkedIn) vasitəsi ilə müvafiq xidmət üzrə müraciətlərini, həmçinin kalium gübrə çeşidləri, toxumlar, digər bitki qoruma və bəsləmə vasitələri üzrə sifarişlərini ünvanlaya bilər.