Kanada Səhiyyə Nazirliyi və Kanada Qida Təftiş Agentliyi bu həftə bir neçə məhsulları geri çağırıb.

Foodinfo.az .ctvnews.ca-ya istinadən xəbər verir ki, təhlükəli yaradan göbələklər, kofeinli enerji içkiləri, "Lenovo USB-C" noutbuku üçün enerji bloku və elektrikli sobalar rəflərdən yığışdırılıb.

Maraqlıdır ki, satışı qadağan olunan məhsulların siyahısına "Zebra" jalüzləri də daxildir. Onların uşaqlar üçün təhlükə yaratdığı bildirilir. Məlumata görə, jalüzlər 44 santimetrdən uzun ilmələr yarada bilir və uşaqlar bu ilmələri boğazlarına keçirərək boğula bilərlər.