XX-ci əsrin ortalarında bütün dünya xolesterinlə mübarizə aparmağa başladı. Kərə yağı, yağlı xama, qaymaq və s. adi məhsullar birdən birə "ziyanlı" hesab edilməyə başlandı.
Bütün dünyada həkimlər bu məhsulları pəhrizdə minimuma azaltmaq və hətta pəhrizdən tam çıxartmaq məsləhət edirdilər. ABŞ və bəzi Avropa ölkələri bu ideyanı çox həvəslə həyata keçirməyə başladılar. Məsələn, kərə yağı hər yerdə bitki yağları və marqarinlə əvəz olunmağa başlandı.
Lakin illər keçdikdən sonra məlum olub ki, xolesterinlə mübarizə heç də dünyada ürək-damar xəstəliklərin və aterosklerozun azalmasına səbəb olmadı.
Ənənəvi fransız mətbəxində xolesterinlə zəngin olan gidalar böyük yer tutur. Fransızlar əksər qidalara kərə yağı və yağlı qaymaq əlavə edirlər. Lakin buna baxmayaraq fransızlarda ürək-damar sistemi xəstəlikləri və piylənmə bitki yağları və marqarinə üstünlük verən ABŞ ilə müqayisədə dəfələrlə azdır.
Kərə yağı ən faydalı qida məhsullarından biridir. Bu məhsulu hər bir insan hər gün qəbul etməlidir. Kərə yağının tərkibində bir çox əvəzsiz vitaminlər (A, D, E, C, B, K), kalsium, kalium, fosfor, yağlı turşular və aminoturşular var.
Kərə yağının tərkibində müəyyən miqdarda xolesterin də var. Lakin xolesterin heç də insan orqanizminin "düşməni" deyil (təbii ki, orqanizmə normal miqdarda daxil olduqda). Əksinə xolesterin insan orqanizminin bir çox sistemlərinin normal fəaliyyəti üçün çox vacibdir. Belə ki, xolesterin cinsi hormonların əsas "tikinti materialıdır". Məhz bu səbəbdən arıqlamaq məqsədi ilə tutulan xolesterinsiz pəhrizlərə aludə olan qadınların bir çox hissəsində menstrual dövr pozulur, ovulyasiya baş vermir, erkən klimaks və sonsuzluq inkişaf edə bilər.
Bundan əlavə xolesterin orqanizmin bütün hüceyrələrinə daxildir. Xolesterinsiz hüceyrələrin bölünməsi və nəticədə boyatma və inkişaf proseslər mümkünsüz olardı. Bu xüsusilə uşaqlar üçün vacibdir. Əgər xolesterin uşaq orqanizminə lazım olan miqdarlarda daxil olmazsa, boyatma prosesi ləngiyəcək.
Yüksək qidalı xüsusiyyətlərinə görə kərə yağı zəifləmiş insanlar, uşaqlar, hamilə və uşaq əmizdirən qadınlar üçün olduqca xeyirlidir.
Kərə yağı həzm proseslərinə yaxşı təsir edir, allergik və nəfəsalma sistemi xəstəliklərinin (hətta vərəmin və astmanın) profilaktikasında böyük rol oynayır, immun sistemini möhkəmləndirir, sinir sisteminin fəaliyyəti üçün olduqca vacibdir, insanın iş qabiliyyətini və beyinin fəaliyyətini yaxşılaşdırır.
Bundan əlavə kərə yağı dərinin, dişlərin, gözlərin sağlamlığında da böyük rol oynayır.
Ənənəvi kərə yağının yağlılığı 82,5% təşkil edir. Əgər yağın bağlanmasında digər rəgəmlər (daha aşağı faiz) göstərilibsə, bu o deməkdir ki, bu məhsul təbii kərə yağı deyil. Kərə yağı öz faydalı xüsusiyyətlərini folqadan olan bağlamada daha yaxşı saxlayır. Bu səbəbdən belə bağlamalarda olan kərə yağına üstünlük verin.
Beləliklə, kərə yağı çox faydalı və insan orqanizmi üçün lazımlı məhsuldur. (Fins.az)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb