Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında qida və ekoloji təhlükəsizliyin gücləndirilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi məqsədilə görüş keçirilib. Görüşdə ekoloji balansın qorunması sahəsi üzrə birgə monitorinqlərin aparılması, təbii və süni su hövzələrində yaşayan canlıların qida məhsulu kimi istifadəsi zamanı təhlükəsizlik normalarına əməl edilməsi, meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsinin həyata keçirilməsi, istehsal və emal müəssisələrində tullantıların idarə olunması, ictimai-iaşə müəssisələrində qida və ekoloji təhlükəsizlik tədbirlərinin görülməsi, təhlükəli tullantıların idarə edilməsi üçün xüsusi poliqonlardan istifadə və bu kimi digər sahələrdə birgə əməkdaşlıq barədə müzakirələr aparılıb və müvafiq sənədlər imzalanıb.